single news
datepicker 04.03.2024
P4C
avatar avatar avatar avatar

0 dəfə oxundu

Ümumiyyətlə yaradıcı düşüncə nədir və həyatımıza necə təsir edir ?
Yaradıcı düşünmə hər şeyə fərqli və ya başqa perspektivdən baxmaq və problemlərin həllinin
yeni yollarını tapmaq qabiliyyəti sayılır. Bir sıra hallarda yaradıcı düşünməyə ehtiyac yaranır.
Bunun səbəbi isə beynimiz təbii olaraq müəyyən qədər “qısa həll yolları” tapmağa meyilli
olmasıdır. Yaradıcı düşünmək və yaradıcı düşüncəni inkişaf etdirmək P4C-nin əsasını təşkil edir.
Bəs yaradıcı düşünmək üçün nə edə bilərik ?
1. Nitqimizdə metaforlardan istifadə etmək
2. Məsələyə başqa nöqteyi nəzərdən yanaşmaq
3. Düşüncəni genişləndirmək
4. Yeni imkanlar haqqında düşünmək
Həmçinin yaradıcı düşüncəni inkişaf etdirmək üçün fərqləri görmək, qəbul edilən fikirləri
fərqli kombinasiyalarda birləşdirmək, fərqli düşüncədəki insanlarla dialoq quraraq yaradıcı
fikirləri artırmaq və mövcud fikirləri yenidən təşkil etmək gərəkdir.
M.Lipman-a görə yaradıcı düşünən insan:
1. Orijinal olmalı,
2. Nəticəyə yönəlik məhsuldar olmalı
3. Fərqli alternativlər təqdim etməli
4. Fərqli perspektivlərdən baxmağı bilməli
5. Təəccüb yaratmalıdır.
Yaradıcı düşünmə özlüyündə elmin, texnologiyanın, incəsənətin və biznesin yeni
innovasiyalarını idarə edərək, yeni ixtiralar və ideyaların arxasında duran mühərrik rolunu
oynayır. Qeyd edək ki, XXI əsr yaradıcı düşüncəni yüksək qiymətləndirir. Yaradıcı düşüncənin 7
əsas xüsusiyyətləri vardır: açıq düşüncı, maraq, təsəvvür, risk alma, çeviklik, əzmkarlıq və
əməkdaşlıq.
Həmçinin yaradıcı düşüncənin 5 növü vardır:
1. Divergent düşüncə: problemin həlli üçün çoxlu müxtəlif ideyalar və ya həllər
yaratmaq bacarığıdır.
2. Konvergent düşüncə: problemin həllinə yönəlmiş yollar arasından ən yaxşı həlli
tapmaqdan ibarətdir.
3. Yanal düşüncə: problemin həllinə daha fərqli mövqelərdən yanaşmaqdır.
4. Sistem düşüncəsi: problemin həllinə yönəlmiş müxtəlif komponentləri arasında əlaqə
yaradaraq həllə yönəlməkdir.
5. Vizual düşüncə: vizual təfəkkürə əsaslanaraq, ideyaları vizual şəkildə həyata
keçirməkdir.
Nəticədə yaradıcı düşüncənin inkişafı bizə özümüzü daha orijinal, aydın ifadə etməyə,
məsələlərə daha fərqli yanaşmağa kömək edərək, insanların həyata qarşı baxış bucaqlarını
dəyişdirir.

Other Blog

Partnyorlar