P4C-də inkişaf edən əsas düşüncə tərzlərindən biri də yaradıcı düşüncədir başqa sözlə desək düşünülməyəni düşünməkdir. Yaradıcı düşünmə isə insanları digər canlılardan fərqləndirən əsas amildir və hər daim yaradıcılıq və yaradıcı düşünmə filosofların əsas müzakirə məsələlərindən biri olmuşdur.
Yaradıcılıq problemlərə, uyğunsuzluqlara, məlumat əksikliyinə qarşı həssas olmaq, həll yolları araşdırmaq, əksikliklərlə bağlı ilkin fərziyələr irəli sürmək, bu fərziyələri sınamaq, dəyişdirmək, yenidən sınamaq və sonda nəticəni ortaya qoymaqdır. Həmçinin yaradıcı düşünmə olduqca önəmli və zövq verən bir prosesdir. Yaradıcı düşünmə yeni və orijinal fikirlər yaratma, problemlərə fərqli perspektivlərdən baxma və həll yolları tapma bacarığıdır. Yaradıcı düşünmə bacarığını inkişaf etdirmək üçün aşağıdakıları edə bilərik:
1. Fərqli perspektivdən baxma: Problemlərə və ya mövzulara fərqli perspektivlərdən
baxaraq düşüncə çevikliyini artırın.
2. Təxəyyülü istifadə etmə: təxəyyülünüzü hərəkətə keçirərək həl yoları və ya fikirlər
yaratmağa çalışın.
3. Birləştirmə və yenidən təşkil etmə: fərqli fikirləri bir araya gətirərək yeni və daha təsirli fikirlər yaratmağa çalışın.
4. Risk alma və səhvlərini qəbul etmə: Yaradıcılığı dəstəkləmək üçün risk almaq və
səhvlərdən qorxmamağı öyrənin.
5. Dinləmə və müşahidə etmə : ətrafdakı insanları, hadisələri və detayları diqqətli şəkildə müşahidə edərək yeni fikirlər ortaya qoya bilərsiziniz.
6. Sual vermə: hər şeylə maraqlanın və davamlı olaraq suallar verərək düşünmə bacarığınızı inkişaf etdirin.
7. Zehni oyunlar və tapmacalar: zehnə meydan oxumaqla zehninizi canlı tutun və
çevikliyini artırın.
8. Yaradıcı işləmə mühiti: rahat və ilhamverici bir mühitdə işləyərək yaradıcılığınızı müsbət təsir edin.
9. Dincəlmək və zehni təmizləmək: zehninizi dincəldərək yeni fikirlərin ortaya çıxmasına icazə verin.
10. Yaradıcı düşünməyə təşviq edən fəaliyyətlər: rəsim etmək, musiqi dinləmək, yazı yazmaq kimi fəaliyyətlər yaradıcılığınızı artıra bilər.
Son olaraq unutmayaq ki, yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirmək uzun zamanı əhatə edə bilər, ancaq davamlı olaraq praktikanın edilməsi və fərqli təcrübələr yaşamaq bu bacarıqlarınızı artırır.