"Asterias" Təlim və İnkişaf Mərkəzinin ISO 9001 Keyfiyyət Siyasəti

"Asterias" Təlim və İnkişaf Mərkəzi təhsil xidmətləri və peşəkar inkişaf sahəsində yüksək keyfiyyət standartlarının təmin edilməsinə sadiqdir. Bizim məqsədimiz yeniyetmə və gənclərin öz bacarıq və qabiliyyətlərini aşkar etməsi, təlim prosesinə daha şüurlu yanaşması,universal şəxsi inkişaf üçün şərait yaratmasına yardım etməkdir. Mərkəzimizdə olan bütün xidmətlər ISO 9001 tələblərinə uyğun hazırlanmışdır, bu Keyfiyyət Siyasətidir.

1. Tələblərə uyğunluq və davamlı yaxşılaşma:
Bütün tətbiq olunan tələblərə, o cümlədən müştəri tələblərinə, ISO 9001 standartlarına və qanuni, tənzimləyici tələblərə uyğunluğu təmin etməyə öhdəlik götürürük. Keyfiyyət idarəetmə sistemimizin effektivliyinin davamlı olaraq yaxşılaşdırılmasına diqqət edirik.

2. Müştəriyönümlülük:
Müştərilərimizin gözləntilərini qarşılamaq və universal inkişafını təmin etmək keyfiyyət yanaşmamızın əsasını təşkil edir. Müştərilərimizdən aldığımız geridönüşləri fəal şəkildə dinləyirik və xidmətlərimizi, proseslərimizi davamlı olaraq yaxşılaşdırmaq üçün bu geridönüşlərdən istifadə edirik.

3. İşçilərin inkişafı və təlimi:
İşçilərimizi ən dəyərli resursumuz kimi tanıyırıq və tanıdırıq. Onların davamlı peşəkar inkişafı və təlimini təmin etmək üçün öhdəlik götürürük ki, bu da yüksək səviyyədə kompetensiya və peşəkarlığı qoruyub saxlayır.

4. Proses yanaşması və sistemli idarəetmə yanaşması:
İstənilən nəticələrə effektiv çatmaq üçün proseslərin və onların qarşılıqlı əlaqələrin effektiv idarə edilməsinin və sistemli yanaşma ilə idarəetmənin əhəmiyyətini qəbul edirik.

5. Faktlara əsaslanan qərar qəbulu:
"Asterias" Təlim və İnkişaf Mərkəzində bütün qərarlar obyektiv məlumat təhlilinə əsaslanaraq qəbul edilir ki, bu da resursların və proseslərin ən effektiv idarə edilməsinə kömək edir.

6. Təchizatçılarla qarşılıqlı faydalı münasibətlər:
Təchizatçılarımız və tərəfdaşlarımızla qarşılıqlı hörmət, fayda əsasında uzunmüddətli münasibətlər qurmağa diqqət yetiririk ki, bu da təhsil xidmətlərimizin keyfiyyətinin artırılmasına kömək edir.

Keyfiyyət Məqsədləri:
- Müştəri məmnuniyyətini davamlı olaraq artırmaq.
- İşçilərimizin peşəkar inkişafı və təlimini təmin etmək.
- Yenilikçi, effektiv təlim və inkişaf metodları təkmilləşdirmək.
- Beynəlxalq standartlara cavab verən xidmətləri təşkil etmək və sertifikatlaşmanı aparmaq.

Yekun:
"Asterias" Təlim və İnkişaf Mərkəzi olaraq, hər şeydə yüksək keyfiyyət standartlarını qoruyub saxlamağa və davamlı inkişafa sadiqik. Bizim Keyfiyyət Siyasətimiz mükəmməlliyə və inkişafa  olan cəhdimizin, müştərilərimiz, işçilərimiz və bütün maraqlı tərəflər qarşısında öhdəliyimizin əsasıdır.