Yeniyetməlik və gəncliyin ən böyük problemlərindən biri özünə inamdır. İlk növbədə özünə inam verən bədənin gözəlliyi, həmyaşıdlarının qabiliyyət və xüsusiyyətlərindən fərqliliyi. Gənclərin Mərkəzimizdə əldə edə biləcəyi xüsusiyyətlər öz bədənlərinin tanınması və qidalanma ilə bağlı məlumatlılığın artırılmasıdır. Bu da öz növbəsində özünə inam qazanmaya dəstək olur. Sağlam bədəndə sağlam ruh. Gənc yaşlarda dövründə qidalanma bədən çəkisini tənzimləmək, sümük sıxlığını artırmaq və əzələ qurmaq üçün vacibdir. Yeniyetmələrdə qida çatışmazlığı sümük inkişafına, immunitet sistemin fəaliyyətinə, cinsi inkişafa, fiziki fəaliyyətə, zehni sağlamlığa və xəstəliklərə qarşı müdafiə mexanizmlərinə təsir göstərə bilər.
Məqsədimiz:
- Yeniyetmə və Gənçlərin qidalanma haqqında məlumatlılığının artırılması və sağlam qidalanmanın təbliği. - Yeniyetmə və Gənçlərin sağlam qidalanma mədəniyyətinin formalaşmasına töhfə vermək. - Tələbələrin adekvat və balanslı qida qəbulunu təmin etmək.
Gənclərin sağlam həyat sürməsinə və qidalanma şüurunu artırmasına kömək etməkdir. Təlimdə iştirak edən şəxslər üçün də xüsusi xidmətlərimiz olacaq:
1. Bədən analizi: təlimimizin ilk mərhələsində mütəxəssislərimiz Sizin üçün xüsusi olaraq bədən analizi aparacaqlar. 2. Fərdi qiymətləndirmə hesabatı: bədən analizinin nəticələrinə əsasən fərdi qiymətləndirmə hesabatı hazırlanacaq. 3. Yemək menyuları və məşqlər: təlim prosesi sizə şəxsi yemək menyunuzu tərtib etmək və tətbiq etmək üçün praktiki bacarıqlar verəcək məşqlər təklif edəcək. 4. İnteraktiv məşqlər: təlim zamanı interaktiv məşqlər edərək biliklərinizi gücləndirəcəyik. Sual-cavab sessiyaları, müzakirələr və interaktiv qidalanma fəaliyyətləri vasitəsilə iştirakçıların daha yaxşı başa düşülməsini və təcrübəsini təmin edəcəyik. 5. Təlimdə iştirak haqqında SERTİFİKAT: təlim proqramını bitirmiş hər bir iştirakçıya onun iştirakını təsdiq edən təlimdə iştirak haqqında sertifikat veriləcək.
Təlimlərimiz elmi araşdırmalara əsaslanır və gənclər üçün faydalı olduğu sübut edilmişdir. Təlimlərimizi
əldə edərək güclü tərəflərinizi öyrənmək, öz potensialınızı kəşf etmək, stres hallarını idarə etmək kimi
bir çox yeni bacarıqlar qazanacaqsınız.