blog

Yeniyetməlik və gəncliyin ən böyük problemlərindən biri özünə inamdır.
İlk növbədə özünə inam verən bədənin gözəlliyi, həmyaşıdlarının
qabiliyyət və xüsusiyyətlərindən fərqliliyi. Gənclərin Mərkəzimizdə əldə
edə biləcəyi xüsusiyyətlər öz bədənlərinin tanınması və qidalanma ilə
bağlı məlumatlılığın artırılmasıdır. Bu da öz növbəsində özünə inam
qazanmaya dəstək olur. Sağlam bədəndə sağlam ruh.
Gənc yaşlarda dövründə qidalanma bədən çəkisini tənzimləmək, sümük
sıxlığını artırmaq və əzələ qurmaq üçün vacibdir. Yeniyetmələrdə qida
çatışmazlığı sümük inkişafına, immunitet sistemin fəaliyyətinə, cinsi
inkişafa, fiziki fəaliyyətə, zehni sağlamlığa və xəstəliklərə qarşı müdafiə
mexanizmlərinə təsir göstərə bilər.

Məqsədimiz:


- Yeniyetmə və Gənçlərin qidalanma haqqında məlumatlılığının
artırılması və sağlam qidalanmanın təbliği.
- Yeniyetmə və Gənçlərin sağlam qidalanma mədəniyyətinin
formalaşmasına töhfə vermək.
- Tələbələrin adekvat və balanslı qida qəbulunu təmin etmək.

Gənclərin sağlam həyat sürməsinə və qidalanma şüurunu artırmasına
kömək etməkdir. Təlimdə iştirak edən şəxslər üçün də xüsusi
xidmətlərimiz olacaq:

1. Bədən analizi: təlimimizin ilk mərhələsində mütəxəssislərimiz Sizin
üçün xüsusi olaraq bədən analizi aparacaqlar.
2. Fərdi qiymətləndirmə hesabatı: bədən analizinin nəticələrinə
əsasən fərdi qiymətləndirmə hesabatı hazırlanacaq.
3. Yemək menyuları və məşqlər: təlim prosesi sizə şəxsi yemək
menyunuzu tərtib etmək və tətbiq etmək üçün praktiki bacarıqlar
verəcək məşqlər təklif edəcək.
4. İnteraktiv məşqlər: təlim zamanı interaktiv məşqlər edərək
biliklərinizi gücləndirəcəyik. Sual-cavab sessiyaları, müzakirələr və
interaktiv qidalanma fəaliyyətləri vasitəsilə iştirakçıların daha yaxşı
başa düşülməsini və təcrübəsini təmin edəcəyik.
5. Təlimdə iştirak haqqında SERTİFİKAT: təlim proqramını bitirmiş
hər bir iştirakçıya onun iştirakını təsdiq edən təlimdə iştirak
haqqında sertifikat veriləcək.

Təlim haqqında

profile image

Aylin Yılmaz

Worker
TƏDRİS NÖVÜ Qrup
YAŞ HƏDDİ
MÜDDƏT
DƏRS SAYI
XİDMƏT NÖVÜ Ödənişli
Bizimlə əlaqə

Partnyorlar