blog

Asterias mərkəzi sizlərə mütəxəssis dietoloq Aylin Yılmaz tərəfindən hazırlanmış və həyata keçirilən düzgün qidalanma ilə bağlı iki günlük təlim proqramlarını təklif edir. Təlimlər müxtəlif təqdimatlar, interaktiv və qrup çalışmalar, seminarlar formatında keçiriləcək. Balanslı qidalanma haqqında məlumatlılığı artırmaqla biz davamlı və sağlam qidalanma vərdişlərini inkişaf etdirməyi hədəfləyirik. 

Müddət: Təlimlər 2 gün 9:30-17:00 saatlar arası üçün nəzərdə tutulub. 

Bədən analizi: Təlimimizin ilk mərhələsində mütəxəssislər iştirakçıların bədən indekslərini ölçəcək.

Fərdi qiymətləndirmə hesabatı: Bədən analizinin nəticələrinə əsasən hər iştirakçı üçün xüsusi hesabat tərtib olunacaq.

Yemək menyular: Təlim prosesində iştirakçılar şəxsi yemək menyularını tərtib və tətbiq etmək üçün praktiki bacarıqlar əldə edəcək.

İnteraktiv çalışmalar: Təlim zamanı interaktiv çalışmalar və sual-cavab sessiyaları bilikləri gücləndirəcək.

Sertifikat: Təlim proqramını bitirmiş hər bir iştirakçıya onun iştirakını təsdiq edən sertifikat veriləcək.


TƏLIM MODULLARI

  1. Gənclərdə və yeniyetmələrdə qidalanma
Yeniyetməlik dövründə düzgün qidalanmama immunitet sistemin zəifliyinə, fiziki fəaliyyətə, zehni sağlamlığa və xəstəliklərə qarşı müdafiə mexanizmlərinə təsir göstərə bilər. Bu təlim gənclərin fiziki və emosional vəziyyətlərini, qidalanma vərdişlərini və ətraf mühit faktorlarını nəzərə alaraq tərtib olunub. Gələcəyimiz olan gənclərimizə uğurlu və özünə güvənən şəxsiyyətlər kimi formalaşmalarına kömək etməliyik.  

  1. Hamiləlik və əmizdirmə zamanı qidalanma
Düzgün qidalanma həm inkişaf etməkdə olan körpənin ehtiyaclarını qarşılamaq və onu bətndən xaric həyata hazırlamaq, həm də qadınların rahat və problemsiz bir hamiləlik və əmizdirmə dövrü keçirməsi üçün də vacibdir. Məqsədimiz hamiləlik və laktasiya dövründə ana və uşaq üçün ən düzgün və balanslı qidalanma haqqında bilik ötürməkdir.

  1. Qadınlarda xüsusi vəziyyətlər və qidalanma
Qadınlar sosial təzyiq və gender stereotipləri səbəbindən cəmiyyətdə qidalanma ilə bağlı problemlərdən ən çox təsirlənən seqmentdir. Xüsusilə ev işləri, uşaq baxımı və karyera kimi müxtəlif vəzifələrlə məşğul olan qadınlar sağlam qidalanmağı təmin etmək üçün vaxt və vəsait yaratmaqda çətinlik çəkə bilərlər. Bu təlim qadınları sağlam qidalanma haqqında mmarifləndirmək və sağlam həyat tərzinə yiyələnməyə həvəsləndirmək məqsədi daşıyır.

  1. İdman və qidalanma
Fiziki fəaliyyət və düzgün qidalanma çəkiyə nəzarət etmək, ürəyi, əzələləri və sümükləri qorumaq, stressi azaltmaq və psixi sağlamlığı qorumaq da daxil olmaqla bir çox faydalar təmin edir. Məqsədimiz iştirakçıların fərdi xüsusiyyətlərinə (genetika, yaş, vərdişlər, ətraf mühit faktorları, sağlamlıq şəraiti və s.) uyğun olaraq məşq və qidalanma planını təyin etməkdir. 

  1. Xəstəliklər və qidalanma
Səmərəsiz qidalanma ürəyin işemik xəstəliyi, damar divarının zədələnməsi, ürək sancıları, insult, şəkər, nazik və yoğun bağırsaq xəstəlikləri və xərçəngin müxtəlif növlərinin yaranmasına səbəb ola bilər. Məqsədimiz düzgün qidalanma üsulları ilə yoluxucu olmayan xəstəliklərin riskini azaltmaq və bu xəstəliklərin müalicəsi mərhələsində olan fərdlərin və ya onların yaxınlarının məlumatlılığını artırmaqdır. 

  1. Geriatriya (yaşlılıq) və qidalanma

Yaş artdıqca oturaq həyat tərzi güclənir, əvvəlki aktivlik itir, damar problemləri ilə əlaqədar hərəkətlər azalır, həm immun sistemi, həm də xəstəliklərlə mübarizə zəifləyir. Yaşlı insanların qida ehtiyacları bir çox amillərlə bağlıdır -  xüsusi sağlamlıq problemləri; fərdin fəaliyyət səviyyəsi, enerji xərcləri və kalori tələbləri; qida qəbulu, həzmi və şəxsi yemək seçimləri.


  1. Pəhriz nümunələri və təsirləri

Bu gün mediada pəhriz növləri və arıqlama üsulları ilə bağlı çoxlu məlumat və təkliflərə rast gəlirik. Bəzən bu ziddiyyətli məlumatdan necə yararlanacağımız barədə qərarsız qalırırq. Bu təlimdə ən müasir və ən populyar pəhrizləri ətraflı nəzərdən keçirərək iştirakçılara hansı pəhrizlərin sağlam və hansıların risklər daşıdığı barədə məlumat verəcəyik.



Sağlam bədəndə, sağlam ruh.

Təlim haqqında

profile image

Aylin Yılmaz

Worker
TƏDRİS NÖVÜ Qrup
YAŞ HƏDDİ
MÜDDƏT 9:30 - 17:00
DƏRS SAYI 2
XİDMƏT NÖVÜ Ödənişli
Bizimlə əlaqə

Partnyorlar