blog

Qidalanma insan sağlamlığının ən mühüm ekoloji determinantıdır. Düzgün qidalanma bizim nəzarətimizdə olan bir amil olaraq xəstəliklərdən qorunmağımızı təmin edir. Qida çatışmazlığının ən böyük nəticələrindən biri artıq çəki, piylənmə və onu müşayiət edən ölümcül xəstəliklərdir. Qidalanmamıza hər zaman diqqət etməliyik lakin bəzən alınmır və bilmədən, mütəxəssis köməyi olmadan edilən pəhrizlər sağlamlığımıza mənfi təsir göstərə bilər.. 
 
Bu gün mediada pəhriz növləri və arıqlama üsulları ilə bağlı çoxlu məlumat və təkliflərə rast gəlirik. Ola bilsin ki, bəzən biz bu ziddiyyətli məlumatdan necə yararlanacağımız barədə çaşırıq. Bir çoxlarımız üçün pəhriz qadağalar siyahısına çevrilir, xoşagəlməz lakin bəzən zəruri, müvəqqəti olaraq özümüzü sıxıb sonra peşman olduğumuz qida macərasına çevrilir.
 
Qidalanma çox vacibdir və düzgün bəslənmə sağlam həyat üçün həyati əhəmiyyət kəsb edir. Bununla belə, bu gün dünyada yüzlərlə fərqli pəhriz tətbiqi mövcuddur və bu, insanların hansı pəhrizin düzgün olduğuna dair qərarsız qalmasına səbəb olur. 
 
Pəhrizlər bazarda şüarlarla möcüzəvi həll yolu kimi təqdim edilir. Bununla belə, bu pəhrizlərin effektivliyi və sağlamlığa təsiri mübahisəlidir. Buna görə düzgün pəhriz seçmək məsələsi çox vacibdir. Bu təlimdə pəhrizləri ətraflı nəzərdən keçirərək iştirakçılara hansı pəhrizlərin sağlam və hansının hansı risklər daşıdığı barədə məlumat verəcəyik.
 
Məqsədimiz: Sizə xəstəliklərə tətbiq edilən ən populyar və ən müasir pəhrizləri və pəhriz protokollarını çatdırmaq və davamlı balanslaşdırılmış və sağlam qidalanma modellərində sizə rəhbərlik etməkdir. 
 
Təlim mövzuları:
 
·      Qidalanma nədir? 
·      Makro və mikro qida elementləri nədir? 
·      Balanssız kalori qəbulunun təsiri
·      Yo-Yo sindromu
·      Dukan pəhrizi
·      Hollywood pəhrizi
·      Ketogenik pəhriz
·      İsveç pəhrizi
·      Karatay pəhrizi
·      Montignac pəhrizi
·      Vegetarian pəhrizi
·      Vegan pəhrizi
·      Qan qrupuna görə pəhriz
·      Qələvi pəhriz
·      Daş dövrü (Paleo) pəhrizi
·      Qlisemik İndeks pəhrizi
·      Detoks pəhrizi

Təlim haqqında

profile image

Aylin Yılmaz

Worker
TƏDRİS NÖVÜ Qrup
YAŞ HƏDDİ
MÜDDƏT
DƏRS SAYI
XİDMƏT NÖVÜ Ödənişli
Bizimlə əlaqə

Partnyorlar