single news
datepicker 30.04.2024
P4C
avatar avatar avatar avatar

0 dəfə oxundu

P4C fəlsəfənin bir çox sahəsini özündə əks etdirir. Bu sahələrdən ən əsası da estetik fəlsəfədir.
Estetika – gözəlliyin nə olduğunu sorğulayan və onun haqqında bilgiyə çatmağa çalışan fəlsəfənin əsas sahələrindən biridir. Estetik sözü dilimizə yunan dilindən keçmişdir və mənası “hisslər vasitəsilə qavrayış” deməkdir. Estetik fəlsəfədə həm təbiətdəki, həm də incəsənətdəki gözəlliklər sorğulanır. Estetik fəlsəfənin bir sıra əsas anlayışları vardır. Bunlara estetik münasibət, estetik həzz, estetik hökm, gözəllik, xoş, əzəmətli, sənət əsəri və s. Bu fəlsəfəyə Antik Yunan filosoflarının mətnlərində ətraflı şəkildə rast gəlmək olar. Estetik fəlsəfənin problemləri fəlsəfənin digər sahələri ilə də əlaqəlidir. Məsələn “Sənət bilik yaradırmı? Sənətin əxlaqi dəyərlərlə bir əlaqəsi varmıdır?” bu kimi fəlsəfi suallarda həm estetik fəlsəfə, həm də bilik fəlsəfəsi, əxlaqi fəlsəfənin təməl mövzuları öz əksini tapır. Estetik fəlsəfə P4C pedaqogikasında mühüm rol oynadığı kimi, P4C sorğulaması zamanı estetik düşünməni də inkişaf etdirir. Bildiyimiz kimi P4C düşünmək və münasibətlərə dair düşüncələri genişləndirmək və dərinləşdirmək üçün tətbiq olunan bir pedaqogikadır. Estetik düşüncə isə gözəlliyi və incəsənəti anlamaq, qimətləndirmək və ifadə etmək üçün olunan düşüncə növüdür. P4C-də estetik düşüncəni təmin etməyin bir neçə yolu var: Sənət və Ədəbiyyat: uşaqlara dərin mənaları olan ədəbiyyat və sənət əsərləri təqdim edilə bilər ki, bu zaman uşaq onlarla bağlı öz fikir və düşüncələrini ifadə etməyə təşviq olunur. Təbiətdən ilham: təbiətdə var olanlar və onların gözəllikləri uşaqlarda estetik bir baxış yaradır. Ona görə də təbiətin gözəllikləri ilə bağlı da mövzular təklif oluna bilər. İncəsənətlə bağlı müzakirələr: uşaqlarla birlikdə incəsənət, musiqi, rəssamlıq və s. kimi məsələlər üzrə müzakirələr aparmaq onların fərqli estetik anlayışları müşahidə etməyə və müzakirəyə imkan verir. Nəticədə bu kimi yollar estetik düşüncənin inkişafında faydalı rol oynayır.

Other Blog

Partnyorlar