+994 99 215 15 11

Haqqımızda

Asterias Təlim və İnkişaf Mərkəzi — Biz kimik?

425+Məmnun müştəri

Asterias — tələbələr və gənclər üçün nəzərdə tutulmuş inkişaf və təlim mərkəzidir. Biz gənclərin öz bacarıq və qabiliyyətlərini aşkar etməsi, davranış nümunələrini və müəyyən fəaliyyət növünə meyllərini dərk etməsi, məsuliyyət almağı öyrənməsi, təlim prosesinə daha şüurlu yanaşması, məqsədə nail olmaq üçün planlaşdırma üsullarını formalaşdırması və gələcəkdə məsuliyyətlə peşəkar yol qurmaq üçün şərait yaradırıq.

Bütün çalışmalarımız enneagram və tranzakt analiz əsaslıdır.

Enneagram

Enneagram — şüuraltı səviyyəsində bizi hərəkətə gətirən 9 tipi təsvir edən psixoloji modeldir. Bu 9 tipin hər biri özünəməxsus düşüncə strategiyalarına, emosional reaksiyalara və həyat yoluna malik müəyyən xarakter formalaşdırır.

Tranzakt analiz

Transaksiya Analizi (TA) Erik Bern tərəfindən işlənib hazırlanmış psixoterapiya və şəxsi inkişaf yanaşmasıdır. Tranzaksiya analizi insanların düşünmə, hiss etmə və davranma yollarını başa düşmək üçün istifadə olunur və onlara daha sağlam münasibətlər qurmağa, özünə hörmətini artırmağa və həyatlarını daha şüurlu şəkildə idarə etməyə kömək edə bilər.

Qət etdiyimiz yol

Asterias Təlim Mərkəzi olaraq bir sıra layihələrimiz olmuşdur. Məktəb şagirdləri və universitet tələbələri ilə çalışmalarımız olmuşdur. Təlimlərdə iştirak edən hər bir fərdin geridönüşlərindən belə nəticəyə gəldik ki, onlara karyeraları ilə bağlı şəxsi inkişaf məqsədlərini müəyyənləşdirməyə, güclü və maraqlı tərəflərini kəşf etməyə, öz potensiallarını aşkar etməyə və məqsədlərinə çatmaqda dəstək olduq.

27+ Təlim və dərs
12 Mentor & Coach
15 Şirkət əməkdaşı
425+ Məmnun müştəri
Dəyərlərimiz

Vizyon, missiya və məqsəd

Vizyonumuz

Kouçinq vasitəsilə yeniyetmələrin öz potensiallarına çata biləcəkləri və həyatda düzgün qərarlar ala biləcəkləri dəstəkləyici mühit yaratmağa çalışırıq.

Missiyamız

Missiyamız ulduzlarımızı həyat okeanında özlərini rahat və güvəndə hiss etmələri və müstəqil fərdlər olmaları üçün dəstəkləməkdir.

Məqsədimiz

Hər bir fərdin karyerasında, akademik fəaliyyətində və şəxsi həyat yolunda məqsədyönlü irəliləməsində və hədəflərinə çatmaqda dəstək olmaqdır.

Niyə Asterias?

Bizi fərqləndirən üstünlüklər

Hər bir iştirakçıya fərdi yanaşma, elmi əsaslı metodlar və beynəlxalq standartlara uyğun proqramlar.

Temperament əsaslı

Hər bir fərdin öz temperamentinə uyğun individual yanaşma ilə çalışma aparılır.

Azərbaycanda ilk və tək

Enneagram və tranzakt analiz əsaslı inkişaf proqramlarını bir mərkəzdə təqdim edirik.

Konfidensiallığın qorunması

Sessiyalarda paylaşılan bütün məlumatlar tam məxfi saxlanılır.

Beynəlxalq sertifikat

Təlimləri uğurla bitirən iştirakçılar beynəlxalq səviyyədə tanınan sertifikat əldə edirlər.

Komandamız

Bizimlə tanış olun

Bütün komanda

Tərəfdaşlarımız