Tez-tez verilən suallar
Təlimlər, qeydiyyat və xidmətlərimiz haqqında ən çox soruşulan suallar
Sualınızı tapmadınız?
Bizə yazın və ya zəng edin — komandamız məmnuniyyətlə cavablandıracaq.
Sual ver +994 99 215 15 11Təlimlərə necə qeydiyyatdan keçə bilərəm?
İstədiyiniz təlimin səhifəsində “Müraciət et” formasını doldurun və ya +994 99 215 15 11 nömrəsi ilə əlaqə saxlayın. Komandamız qısa zamanda sizinlə əlaqə saxlayaraq cədvəl və şərtlər barədə məlumat verəcək.
Təlimlər hansı yaş qrupları üçündür?
Proqramlarımız 6 yaşdan başlayaraq uşaqlar (Kids’ Skills), yeniyetmələr, tələbələr, müəllimlər, valideynlər və həkimlər üçün nəzərdə tutulub. Hər təlimin səhifəsində yaş həddi qeyd olunub.
Fərdi və qrup proqramları arasında fərq nədir?
Fərdi proqramlar mütəxəssislə təkbətək sessiyalar şəklində, şəxsi ehtiyaclarınıza uyğun keçirilir. Qrup proqramları isə həmyaşıdlarla birlikdə interaktiv formatda, qrup çalışmaları və müzakirələrlə təşkil olunur.
Təlimin sonunda sertifikat verilirmi?
Bəli. Təlimləri uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunur. Bir sıra proqramlarımız beynəlxalq sertifikatla müşayiət olunur.
Onlayn təlimləriniz varmı?
Bəli, bəzi proqramlarımız (məsələn, Müəllimlər üçün P4C təlimi) onlayn formatda da keçirilir. Təlimin formatı təlim səhifəsindəki “Tədris növü” bölməsində göstərilir.
Enneagram testi nə üçün lazımdır?
Enneagram testi 9 temperament tipindən hansına aid olduğunuzu müəyyən edir. Bu, güclü tərəflərinizi, motivasiyalarınızı və inkişaf sahələrinizi anlamağa, karyera seçimində isə daha şüurlu qərar verməyə kömək edir.
Sessiyalarda paylaşdığım məlumatlar məxfi qalırmı?
Bəli. Konfidensiallığın qorunması əsas prinsiplərimizdəndir — sessiyalarda paylaşılan məlumatlar heç bir halda üçüncü şəxslərə ötürülmür.
Uyğun sual tapılmadı.