Qeyri-infeksion xəstəliklər, həmçinin xroniki xəstəliklər və ya həyat tərzi ilə bağlı xəstəliklər adlanır, genetik, fizioloji, ətraf mühit və davranış təsirlərinin məcmusunda baş verən xəstəliklərdir.
Dünyada xəstələnmə və ölümün əsas səbəbləri qeyri-yoluxucu xəstəliklərdir. Bu xəstəliklər yavaş-yavaş irəliləyir, uzun müddətli müalicə tələb edir və həyat keyfiyyətinə mənfi təsir göstərir.
Hər il 41 milyon insan infarkt, insult, xərçəng, xroniki tənəffüs xəstəlikləri, şəkərli diabet və ya psixi pozğunluqlar səbəbindən ölür. Bu rəqəm dünya üzrə ölüm hallarının 71%-nə bərabərdir. Hər il 30-69 yaşlı 15 milyon insan QİX-dən ölür.
Ən əhəmiyyətli Qeyri-yoluxucu Xəstəliklər, ürək-damar xəstəlikləri, xərçəng, xroniki ağciyər xəstəlikləri və diabetdir.
Ümumdünya Ölümləri aşağıdakılarla bağlıdır:
31% - ürək-damar xəstəliklərə
16% - xərçəngə
7% - xroniki ağciyər xəstəliklərinə
3% - şəkərli diabetə
15% - digər yoluxucu olmayan xəstəliklərə
20% - yoluxucu xəstəliklər, ana, perinatal və qidalanma şəraitinə
9% - zədələrə.
Məqsədimiz: Düzgün qidalanma üsulları ilə yoluxucu olmayan xəstəliklərə yoluxma riskini azaltmaq, bu xəstəliklərin müalicəsi mərhələsində olan insanların və ya onların yaxınlarının məlumatlılığını artırmaq, sağlam, davamlı və balanslı həyata töhfə verməkdir.
Təlim mövzuları:
· Bu gün ən çox yayılmış xəstəliklər
· Xəstəliklərin müalicəsində mövcud yanaşmalar
· Diabet (Tip1 və Tip2) və qidalanma
· Hipertoniya və qidalanma
· Ürək-damar xəstəlikləri və qidalanma
· Hiperlipidemiya və qidalanma
· Yağlı qaraciyər və qidalanma
· Öd kisəsinin əməliyyatı və qidalanması
· Tiroid xəstəlikləri və qidalanma
· Allergiya növləri və qidalanma
· Həzm sistemi xəstəlikləri və qidalanma
· Bağırsaq xəstəlikləri və qidalanma
· Mikrobiotanın əhəmiyyəti
· Böyrək xəstəlikləri və qidalanma
· Piylənmə və qidalanma
· Obezite cərrahiyyəsi və sonrasında qidalanma
· Xərçəng və qidalanma